Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sülh sazişinin altında Paşinyanın imzası olsa belə...

Sülh sazişinin altında Paşinyanın imzası olsa belə...


1-11-2024, 19:00
Sülh sazişinin altında Paşinyanın imzası olsa belə...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcək. O bildirib ki, ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz razılaşdırmadığımız bir və ya iki bənd üzrə də razılığa gələ biləcəyik və tam sülh müqaviləsinə malik olacağıq.

Politoloq Azad Məsiyev “Sherg.az”a bildirib ki, Ermənistan sözdə sülhdən danışır, əməldə isə Azərbaycan əleyhinə koalisiyanı gücləndirir:

“Ermənistan sürətlə şəkildə silahlanma həyata keçirir. Eyni zamanda Ermənistan başda Amerika Birləşmiş Ştatları olmaqla Qərbi arxasına alaraq Azərbaycana qarşı təzyiqlər aparır. Digər tərəfdən Ermənistan rəsmiləri xarici səfərlər zamanı çıxışlarında Azərbaycana kəskin mövqe nümayiş etdirir, beynəlxalq ictimaiyyəti aldaltmaqla sülh bəyanatları verirlər. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələb etdiyi prinsiplər baş tutmalıdır. Sülh sazişinin təməl prinsipi iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan isə konstitusiyasında qeyd olunduğu kimi Azərbaycanın ərazi bütövlüyünü tanımır. Ona görə də Ermənistan sözün həqiqi mənasında sülh sazişinə getmək istəyirsə, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan tələblərini həyata keçirməlidir”.

Ekspert qeyd edib ki, Azərbaycan Ermənistan prezidenti Nikol Paşinyanla deyil, erməni xalqı ilə sülh sazişi imzalamaq istəyir:
“Çünki erməni xalqının təfəkküründə “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq var. Yəni Ermənistan xalqının şüurundan bu kimi ideologiyalar çıxmayıb. Ermənistanın xarici işlər naziri elə davranır ki, eləbil onlar 30 il Azərbaycan ərazisini işğal etməyiblər. Həmin işğal dövründə qeyri-rəsmi məlumatlara görə Azərbaycana təxminən 400-500 milyard dollar civarında ziyan vurulub və təbii sərvətləri talanıb. Eyni zamanda Ararat Mirzoyan Ermənistanın Azərbaycana qarşı soyqırım həyata keçirməsini unudub. Həmçinin Ermənistan Azərbaycan ərazisində mina terroru aparıb. Azərbaycanlılar həmin mina terrorundan əziyyət çəkirlər. Ermənistan minadan zərərçəkən şəxslərə təzminat ödəməlidir. Bunun əksinə isə Ermənistan Azərbaycanla heç bir problemlərinin mövcud olmadığı kimi davranır və tezliklə öz istədikləri kimi sülhə nail olmaq istəyirlər. Amma bu heç zaman mümkün deyil. Sülh sazişi beynəlxalq hüquq və siyasi reallıq tələb edir”.

Geri qayıt