Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azon zavodu”nun direktoru dəyişib

“Azon zavodu”nun direktoru dəyişib


Bu gün, 09:27
“Azon zavodu”nun direktoru dəyişib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Ruhin Cəfərov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, müəssisəyə rəhbərlik Yaşar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.

Geri qayıt