Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərb Qafqazda dəhşətli təxribat hazırlayır
Qərb Qafqazda dəhşətli təxribat hazırlayırBu gün, 09:03 |
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini Qərbin fiaskosu kimi dəyərləndirənlər var. Hətta “Gürcü Arzusu”nun qalib gəlməsi ilə Aİ və ABŞ-ın Cənubi Qafqazda planlarının alt-üst olduğunu iddia edirlər. Bütün bunlar müəyyən sualları ortaya çıxarır. ABŞ və Aİ bu bölgə ilə bağlı nə kimi yeni siyasət planı işləyib hazırlayacaq? Geri çəkiləcək, yoxsa təxribat törədib, ortalığı qarışdıracaq? Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Qərbin regionda tutduğu mövqeni Rusiya və digər dövlətlərin tutduğu mövqe üstələdi: “Ekspertlər faktiki olaraq bunu anti-Qərb qüvvələrin uğuru hesab edirlər. Lakin bunun həlledici məqam olduğunu düşünmürəm. Əsas nüans Gürcüstanın dövlətçiliyini qorumaq üçün hansı addımları atdığı ilə bağlıdır. “Gürcü Arzusu”nun qalib gəlməsi həmin cəmiyyətin reallığıdır. Əks halda bu cür mürəkkəb şəraitdə, ABŞ başda olmaqla kollektiv Qərbin təzyiqləri fonunda “Gürcü Arzusu” qalib gəlməzdi”. Siyasi şərhçinin sözlərinə görə Gürcüstan hakimiyyəti böyük riskə gedir: “Regional maraqlar prizmasından baxanda bizim region üçün sabitlik və davamlı inkişaf əsas məsələdir. Təhlükəsizlik məsələsi çox aktuallaşıb. Bunu həm Şərqi Avropada, həm də Yaxın Şərqdə baş verən proseslər çox aydın göstərir. Gürcüstandakı seçkilərin nəticəsi göstərdi ki, rəsmi Tbilisi Qərbdən gələn təhlükəsizlik modelinə şübhə ilə yanaşır. Onun əsas məramı Türkiyə-Azərbaycan tandemi ilə birlikdə təhlükəsizlik sistemini qurmaqdır. Rusiya faktorunu aktuallaşdıran məsələ də təhlükəsizliklə bağlıdır”. Füzuli Qurbanovun fikrincə, Gürcüstan tam formada Qərb siyasi xəttinə meyl etmir: “Gürcüstandakı parlament seçkiləri yeni mərhələnin başlanğıcıdır. Nəticələrdən sonra Qərb geri çəkilməyəcək, yeni, gözlənilməz üsullarla bölgəyə təsirlərini artıra bilərlər. Cənubi Qafqaza dayaq nöqtəsi Ermənistandır”. Geri qayıt |