Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Dərdli" Pirşağının yeni problemi
"Dərdli" Pirşağının yeni problemiBu gün, 08:36 |
Pirşağının bitmək bilməyən problemləri var. Qazı deyim ya işığı?! Çəkiləndən sonra sökülən yollarındanmı danışım, asfaltın üzərində özünə yer etmiş amma yağış sularını ala bilməyəcək lyuklarındanmı danışım?! Bircə onu bilirəm ki, bəzi dövlət qurumları Pirşağı qəsəbəsinin üzərindən yaxşı pul "qazanır". Şüşə kimi çəkdiyin asfalt yolu niyə sökəsən ki? Kimə, nəyi göstərirsən? Və sadəcə "göstərirsən". Bu gün getdiyin yol, sabah olmaya bilər. Yolda kanalizasiya üçün lyuk qoyursansa, yağış sularını da nəzərə alıb, bir qədər aşağı qoymalısan ki, su axıb tökülə bilsin. Pirşağıda qoyulan lyuklar elədir ki, həm orada yaşayan sakinlərə, həm də təbiətə əziyyət verir. Yağış da yağanda ona xəbər vermək, xahiş etmək, bəlkə də yalvarmaq lazımdır: "Zəhmət olmasa, biraz da yuxarı qalx və lyuka tökül. Onu qoyan qurum səni düşünməyib". Yolları demişkən, yollar bərbad... Bərbad olması bir kənara bir də qonşular həyətlərini o qədər küçəyə tərəf çəkiblər ki, yollar daralıb, baxan varmı? Qəti... Kim istəsə qapısını irəli çəkər, kim istəsə küçəni mənimsəyər... Sayısı bitməz problemlərdən yenisi var: bu dəfə problemimiz sagibsiz küçə itlərindəndir. Düzünü desəm, məhəlləyə küçə itlərini qonşulardan biri alışdırmışdı. “Yaşlı qadındır”-deyib keçdik. Amma ondan sonra məhəllədən küçə itlərini uzaqlaşdıra bilmədik. Bəzən sürü halında toplaşıb, yoldan keçən hər kəsə hücum edir, qorxudurlar. Bəzən olur ki, həmin sahibsiz küçə itləri avtomobillərin arxasınca qaçırlar. Bəzən də küçə qapısını açıb, küçəyə çıxmaq istəyəndə az qala ayağının altında qalalar. İndi bəzi hevansevərlər deyəcəklər, “heyvandır, sizə nə zərəri”... Bax, bu düşüncədə olan insanlara üzümü tutub deyirəm: “gəlin, aparın, bir az da sizin məhəllənizdə yaşayıb, bir az da sizin uşaqlarınızı qorxutsunlar, bir az da sizə hücum etsinlər. Sizin düşüncənizə görə, sizdən başqaları heyvan sevmir. Sanki bircə siz sevirsiniz, axı... Statistikaya nəzər salaq: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına 2021-ci ildə olan məlumata görə, dünyada təxminən 200 milyon sahibsiz it var. Quduzluq insanlara 99% nisbətində quduz itlər tərəfindən ötürülür. Hər il təxminən 55 min insan quduzluq nəticəsində ölür. Orta hesabla it dişləmələri nəticəsində hər il 29 milyon insan peyvənd olunur və quduzluqla mübarizəyə yalnız bir il ərzində 8,6 milyard ABŞ dolları xərclənir. Dişləmə hallarının 40 faizində hədəf uşaqlardır. Bəzi ölkələrdə sahibsiz itlər heyvan baxım mərkəzlərinə aparılır və 2-4 həftə kimi müəyyən bir müddət ərzində sahiblənilməzsə, uyğun heyvan evtanaziya üsulu ilə ağrısız şəkildə öldürülür. Eyni zamanda küçələrə atılan ev heyvanlarının küçələrdə çoxalmasının qarşısını almaq üçün sahiblərinə cərimələr tətbiq edilir. Bəzi ölkələrdə sahibsiz heyvanlar üçün tutma-neyter-buraxma üsulundan istifadə olunur. Bu üsul Türkiyədə də istifadə olunur, lakin itlərin sayının artması səbəbindən sterilizasiya və peyvənddə kifayət qədər müvəffəqiyyət əldə oluna bilmir. Sahibsiz itlərin hücumuna görə xəstəxanaya yerləşdirilənlərin 50%-dən çoxu 15 yaşdan kiçik uşaqlardır. İt dişləməsinə görə, cərimələr də var. Bu barədə başqa yazıda danışacağıq. Bu gün problemimiz sahibsiz heyvanların məhəlləmizə doluşmasıdır. Aidiyyatı şəxs və qurumlar, bu ərazidə məsuliyyətini və vəzifə öhdəliyini işlə məşğul olmur. Qısaca... Bizimyol.info Geri qayıt |