Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər

İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər


Bu gün, 16:42
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər
Son günlər hava yetərincə yağışlı və soyuq keçir. Bunu nəzrə alaraq istilik sistemləri mövsüm başlamadan işə salına bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı danışdı.

O,açıqlamasında qeyd etdi ki, hava qarlı və çox soyuq olarsa bu zaman istilik sistemlərinin işə salınma mövsümü başlamazdan bir neçə gün öncə də qazanxanalar quraşdırıla bilər:

"5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qaydaları təsdiqlənib. Bu qaydalarda bildirilir ki, ölkə ərazisində istilik mövsümü noyabrın 15-i başlayır və növbəti il aprelin 15-i yekunlaşır. Azərbaycanın 14 dağlıq, dağətəyi rayon və şəhərlərində (Şuşa, Quba, Qəbələ, Qusar, Laçın, Lerik, Yardımlı, Şabran, Daşkəsən, Gədəbəy vəs.) istilik mövsümü noyabrın 1-i başlayacaq və növbəti ilin mayın 1-də yekunlaşacaq. Lakin kəskin hava şəraiti, yəni, qar və çovğun olarsa, bu zaman mövsümü başlamazdan bir neçə gün əvvəl də qazanxanların işə salınmasına baxıla bilər".

Geri qayıt