Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Araz Supermarket”də yeni təyinat

“Araz Supermarket”də yeni təyinat


Bu gün, 12:55
“Araz Supermarket”də yeni təyinat
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Elşən Məmmədov “Araz Supermarket” MMC-nin İdarə heyətinin protokol rəhbəri təyin edilib.

Buna qədər vəzifədə Nədimə Rəhimli idi.

Elşən Məmmədov 2005-2009-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin Təşkili və İdarəetmə ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə magistr təhsili alıb. 2012-ci ildə “Aztexnika” LTD şirkətində iş təcrübəsinə nəqliyyat rəisi kimi başlamışdır, daha sonra 2015-ci ildən “Bakı Taksi Servisi” MMC-də müştəri xidmətləri meneceri olaraq çalışıb. Əmək fəaliyyətinə “R&M Elektrik Qrup”da layihə meneceri vəzifəsində davam etdirib. 2020-2022-ci illərdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-də Soyuq zəncir logistika əməliyyatları şöbə müdiri olaraq fəaliyyət göstərib.

Həmçinin Elşən Məmmədov “Bakı 2015 Avropa Oyunları”, “Bakı 2016 Şahmat Olimpiadası”,”İslam Həmrəylik Oyunları”, “Bakı Formula 1 Təşkilatı” “FIFA Dünya Kuboku” (Doha,Qətər), “Motus One” (Səudiyyə Ərəbistanı Qran Prisi 2023) kimi bir çox beynəlxalq layihələrdə nəqliyyat meneceri və layihə meneceri vəzifələrində fəaliyyət göstərib.

2021-ci ildən “Araz! Supermarketlər şəbəkəsində Müştəri əlaqələrinin idarə edilməsi şöbə müdiri kimi fəaliyyət göstərən Elşən Məmmədov 2024-cü ildən etibarən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin protokol rəhbəri təyin edilmişdir.

Geri qayıt