Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur

Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur


Bu gün, 13:04
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin tərəfdarıyam, çünki indiki vəziyyətdə başqa çıxış yolu görmürəm.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna İttifaqı diaspor qurumunun rəhbəri Sasun Mikaelyan erməni mediasına açıqlamasında deyib.

“Mən demarkasiyanın tərəfdarıyam, çünki bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur. 20 ildir ki, azərbaycanlılar müasir silah və sursat alırdılar, bizim əvvəlki hakimiyyət isə talançılıqla məşğul olub”, - deyə Mikayelyan bildirib.

Mikayelyanın fikrincə, Ermənistanın azad və müstəqil dövlətə çevrilməsi üçün sərhədin demarkasiyası lazımdır.

O iddia edib ki, heç vaxt Qarabağa ümidini itirməyib: “Məsələ beynəlxalq məhkəmələrdə qaldırılıb, diplomatlar Qarabağ ermənilərinin Qarabağa qaytarılması üçün çalışırlar”.
Geri qayıt