Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...”

"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...”


Bu gün, 11:36
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...”
Məlum olduğu kimi, oktyabrın 25-də saat 16:00-da revanşist və irqçi xislətli keşiş Vazgen (Baqrat) Qalstanyan və tərəfdarları İrəvanda prezident iqamətgahı qarşısında növbəti aksiya keçirib.

Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, Baqratın tərəfdarlarından biri mediaya sərhədin demarkasiyası prosesi ilə bağlı danışaraq belə deyib:

“Real Ermənistan Bakıdan Qərbi Ermənistana və Cavakxa(Gürcüstanın Samtse-Cavaxetiya (Axalkalaki və Axaltsixi rayonları) diyarı –S.L.) qədər, bir də artsax və Naxçıvandan başlayır”.

Xatırladaq ki, Ermənistan baş naziri bir sıra çıxışlarında erməni toplumuna müraciət edərək çıxış yolunun hazırda faktiki mövcud olan – real Ermənistanı(təxminən keçmiş Ermənistan ərazisində) inkişaf etdirməkdə olduğunu bildirib.

P.S. Azərbaycanda Paşinyanın siyasətini bəyənməyənlərin nəzərinə: Kreml, Putin onu hakimiyyətdən devirsə, yerinə bax belə deyənlər, “Böyük Ermənistan” xülyasıyla bu gün olmasa da, sabah Azərbaycanla yeni savaşlar başladanlar gələcək...

Geri qayıt