Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib?

Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib?


Bu gün, 09:25
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib?
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyada keçiriləcək "BRİKS" sammitində iştirakları ərəfəsində ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri Bakıda və İrəvanda olaraq hər iki ölkə liderinə Prezident Co Baydenin məktublarını çatdırıb və bu ətrafda onlarla fikir mübadiləsi aparıb.

Ətraflı
Ad - 00:23
Bəs Birləşmiş Ştatlar lideri həmin məktublarda və xüsusi köməkçisi vasitəsi ilə mediaya açıqlananlardan əlavə tərəflərə konkret nələri təklif edib, hansı kompromislərdən bəhs edib.

Moderator.az xəbər verir ki, Amerikanın "Azadlıq" radiosunun erməni bürosu (“Azatutyun”) bu suallarla bağlı ABŞ Dövlət Departamentinə müraciət edib.

"Birləşmiş Ştatlar uzunmüddətli və ləyaqətli sülh razılaşmasına nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir". Bunu ABŞ Dövlət Departamenti sözügedən yazılı sorğuya cavab olaraq bildirib.

“Tərəflər sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər. ABŞ tərəflər üçün faydalı olan istənilən şəkildə bu prosesi dəstəkləməyə sadiqdir",- deyən Dövlət Departamentinin sözçüsü "Azatutyun" bildirib ki, hazırda əlavə edəcəkləri heç bir şey yoxdur.

Xatırladaq ki, həm İ.Əliyev, həm də N.Paşinyana yazdığı məktublarda Co Bayden əmin edib ki, onun administrasiyası “sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır”.

“Avropa üzrə baş direktor Maykl Karpenterdən xahiş etdim ki, bizim atmaq istədiyimiz bəzi addımlar barədə sizə məlumat versin və Azərbaycanla müzakirələrə dair rəyinizi öyrənsin”, - deyə Bayden yazıb.

"Sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, kreativlik və kompromis tələb edəcək", - deyə ABŞ prezidenti vurğulayıb.

Geri qayıt