Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib

İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib


Bu gün, 12:17
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib
İsrailin hakimiyyət orqanları son 2 ildə üzvləri İran kəşfiyyat xidmətləri üçün yüzlərlə tapşırıq yerinə yetirən casus şəbəkəsinin aşkar edib. Onlara kriptovalyuta ilə ödənişlər bütün ölkə üzrə valyutadəyişmə məntəqələri vasitəsilə həyata keçirilib və nağd pulu İsrailə Rusiya Federasiyası vətəndaşları gətirib.

Reyting.az xəbər verir ki, bu barədə “Eronews” yazıb.

Təhlildə qeyd olunur:

Baş Təhlükəsizlik Xidməti və İsrail Polisi İranın kəşfiyyat orqanlarında işləyən və İsraildəki IDF (İsrail ordusu) bazaları və enerji infrastrukturu ilə bağlı kəşfiyyat məlumatları toplayan 7 İsrail vətəndaşından ibarət casus şəbəkəsini faş edib.

Prokurorlar bildiriblər ki, şübhəlilərdən bəziləri 2 il İrana casusluq edib. Onların bu fəaliyyəti Qəzza zolağında müharibə ilə eyni vaxtda başlayıb.

İsrail mediasının məlumatına görə, saxlanılan şübhəlilərin hamısı Azərbaycandan İsrail vətəndaşlığını almış repatriantlardır.

Səlahiyyətlilər bunu "İsrail tarixindəki ən pis təhlükəsizlik pozuntularından biri" adlandırırlar.

Rəsmi açıqlamada bildirilir ki, Hayfa və ölkənin şimal bölgələrinin 7 sakini İran agentləri üçün çalışıb və onlar üçün müxtəlif tapşırıqlar icra ediblər.

Həbs edilən infrastruktur üzvləri arasında Əziz Nisanov, Aleksandr Sedikov, Vyaçeslav Qoşşin, Yevgeni Yufa, İqal Nisan (Əziz Nisanovun atası), onların arasında bir fərari əsgər və adlarını açıqlamaq mümkün olmayan iki azyaşlı da var.

İstintaq müəyyən edib ki, şübhəlilər iki İran kəşfiyyatçısının göstərişi ilə İranın xüsusi xidmət orqanları üçün bir sıra müxtəlif missiyalar yerinə yetiriblər.

Prokurorlar bildiriblər ki, casus şəbəkəsi üzvləri ölkə daxilindəki IDF bazalarında yüzlərlə kəşfiyyat missiyası həyata keçirib, əsas diqqəti Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri bazalarına, limanlara, “Dəmir Qübbə” obyektlərinə və Hadera elektrik stansiyası da daxil olmaqla, enerji infrastrukturuna yönəldiblər.

İstintaq, həmçinin, müəyyən edib ki, şübhəlilər İsrailin yüksək rütbəli məmurları haqqında məlumat toplayırmış. Onların aradan qaldırdıqları hərbi infrastruktur oktyabrın 1-də İsrailə endirdiyi zərbə zamanı İranın ballistik raketlərinin hədəfinə çevrilib.

İttiham aktına ömürlük həbs cəzası verə biləcək dövlət düşmənləri ilə əməkdaşlıq ittihamları daxil ediləcək.

Şübhəlilərin fəaliyyətinə casus infrastrukturu üzvlərinin İran agentlərinə təhvil verdikləri müxtəlif obyektlərin, həmçinin İran agentlərinin göstərişi ilə qabaqcadan əldə etdikləri müasir və xüsusi avadanlıqlardan istifadə etməklə, fotoşəkillərin çəkilməsi və sənədləşdirilməsi də daxildir.

Üç şübhəli İsrailin cənubunda çəkiliş apararkən saxlanılıb, polis onların əlində mühüm obyektlər haqqında onlarla sənəd tapıb.

“Lahav 433”-ün təhlükəsizlik cinayətlərinin araşdırılması şöbəsinin rəhbəri Yaron Binyamin izah edib ki, əsas ittiham "müharibə zamanı düşmənə kömək etmək" olacaq.

Binyaminin sözlərinə görə, iki il ərzində şübhəlilər 600-ə yaxın tapşırığı yerinə yetiriblər. Kriptovalyuta ilə ödənişlər bütün ölkə üzrə valyutadəyişmə məntəqələri vasitəsilə həyata keçirilib və nağd pulu Rusiya Federasiyası vətəndaşları İsrailə gətirilib:

"Bütün bir sistem var idi, onlar hansı obyektlərin fotoşəkilinin çəkilməsi lazım olduğunu, hansı məlumatı toplamaq lazım olduğunu və bunun üçün onlara nə qədər ödəniləcəyini izah edən onlarla sənəd topladılar. Onlara əvvəlcə bazanın şəklini çəkmək tapşırılacaq, sonra ora gedəcək, avadanlıq quraşdıracaq, çəkiliş yeri tapacaq və şəkilləri şifrəli proqram vasitəsi ilə öz iranlı idarəçilərinə göndərəcəkdilər”.

İsrail mediası şübhəlilərin qohumluq əlaqələrinin olduğunu, onlardan ikisinin ata və oğul olduğunu bildirir. Şübhəlilərin bəziləri yəhudi əsilli, digərləri isə İsrailin Qayıdış Qanununa əsasən, qohumluq əlaqələri vasitəsilə İsrail vətəndaşlığını alıblar.

Geri qayıt