Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki…

Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki…


Bu gün, 08:46
Paşinyan belə deyildi: 1998-ci ildə deyirdi ki…
“Mən Ermənistanın Baş naziri Nikol Paşinyanı hələ 1997-1998-ci illərdən tanıyıram. Onun şəxsi fikirləri və yaradıcılığı yoxdur, heç nəyə qadir deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Paşinyan jurnalist işlədiyi zamanda başqalarının fikirlərini özününkü kimi təqdim edib:

“Hələ o illərdə baş nazir sarı mətbuatın jurnalisti idi. Oradan-buradan müxtəlif fikirləri götürüb yazıya çevirir, zarafatlar edirdi. İndi də eyni hal müşahidə olunur. Başqa yerdən aldığı fikirləri özününmüş kimi təqdim edir, sosial şəbəkələrdə zarafata çevirir. O adam təşbaşına ideologiya yaratmaq iqtidarında deyil. Sadəcə hakimiyyətdə olduğu 6 ildə belə çox fikri, istiqaməti dəyişdi. Sadəcə vəziyyətə uyğun olaraq cəmiyyətinin başını nə ilə qata biləcəyini tapmağa çalışır. Ona uyğun manipulyasiya üsullarına əl atır”.
Geri qayıt