Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…”

“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…”


Bu gün, 07:09
“Rusiyanın Qarabağ planı belə idi: Müharibə 3 il gedir, ardınca isə…”
“Cənubi Qafqazda iki xarici oyunçu fəaliyyət göstərir: NATO və Rusiya”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Vahan Qriqoryan yazıb.

O bildirib ki, iki supergücün Cənubi Qafqazla bağlı planları var:

“Rusiyanın niyyətlərini başa düşmək üçün son beş ildəki hərəkətlərinə qiymət vermək lazımdır. 2020-ci ilin payızında Rusiya Qarabağa 5 il müddətinə qoşun yeritdi. 2022-ci ilin yanvarında radikal anti-Rusiya qüvvələrini zərərsizləşdirmək üçün KTMT qoşunlarını Qazaxıstana göndərdi. Bir ay sonra, 2022-ci ilin fevralında Ukrayna ərazilərini ilhaq etmək üçün hücuma keçdi.

Buradan iki nəticə çıxara bilərik:

Birincisi, Rusiya postsovet respublikaları üzərində nəzarəti bərpa etməyi hədəfləyir.

İkincisi, Rusiyanın hərbi-siyasi rəhbərliyi hesablayıb ki, Ukraynada müharibə təxminən üç il davam edəcək və 2025-ci ildə başa çatacaq. Bundan sonra Moskva Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti başa çatana qədər Azərbaycan üzərində nəzarəti bərpa etmək üçün hərəkətə keçəcək”, – deyən V.Qriqoryan planın baş tutmadığını etiraf edib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Rusiya sülhməramlıları Qarabağa gələndə əsas tezis kontingentin uzun illər burada qalması ilə bağlı idi. Bu fikir istər Ermənistan, istərsə də Azərbaycan ictimaiyyətində hakim idi.

Lakin rəsmi Bakının doğru və sərrast addımları Qarabağda separatçı-terrorçu rejimin ləğvini, daha sonra isə Rusiya sülhməramlılarının ərazini tərk etməsini qaçılmaz etdi.
Geri qayıt