Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM...

Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM...


Bu gün, 09:57
Zəngəzur erməniləri ilə bağlı ŞÜBHƏLİ RƏQƏM...
“Ermənistanda balanslaşdırılmış ərazi inkişafı problemi həmişə aktual olub, çünki demək olar ki, hər şey İrəvanda cəmlənib. Buna görə də regional inkişaf məsələsi son dərəcə vacibdir. Söhbət müxtəlif infrastrukturlardan, iqtisadiyyatın digər sahələrindən, xüsusən də sosial vəziyyətdən gedir. Bu baxımdan İrəvanda və respublika vilayətlərindəki orta aylıq əməkhaqqı maraqlı mənzərə yaradır”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Past” nəşri yazır.

Məlum olur ki, ən aşağı əmək haqqı Geqarkunik vilayətindədir. Burada orta əmək haqqı təxminən 141 min dramdır(təxm. 588 AZN, yaxud 346 ABŞ dolları-S.L.) Müqayisə üçün qeyd edək ki, paytaxtda həmin göstərici iki dəfədən çox, təxminən 310 min dramdır( təxm. 1294 AZN, yaxud 761 dollar-S.L.). Araqatsotn və Lori vilayətləri də orta aylıq əmək haqqı müvafiq olaraq təxminən 155.000 və 158.000 dram olmaqla siyahının sonundadır. Tavuş və Ararat vilayətləri 200 min dram həddini “aşıb”. Yenə də bütün respublikada ən yüksək maaş Sünik vilayətindədir(Zəngəzur ərazisi-S.L). Burada orta aylıq əmək haqqı İrəvandan təxminən 40 min dram çoxdur və təxminən 350 min dramdır(təxm.1460 AZN, yaxud 860 dollar-S.L.).

İqtisadçıların və digər ekspertlərin hesablamalarına görə, birinci və əsas səbəb Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının Sünikdə fəaliyyət göstərməsidir. Nəzərə almaq lazımdır ki, kombinatda 5 minə yaxın işçi çalışır və rayonda yaşayan vətəndaşları işlə təmin edən də məhz bu şirkətdir. Bura əlavə etsək ki, bu kombinat Sünikdə bir çox sosial məsələləri həll edir, onda mənzərə daha dolğun olar”, -materialda belə deyilir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin sentyabr ayı üçün məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı təxminən 1002 AZN, yaxud təxm. 589 dollar olub...
Geri qayıt