Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir”

“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir”


Dünən, 16:08
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir”
“Rusiya müxtəlif yollarla Azərbaycanı öz tərəfinə çəkməyə çalışır ki, yeni hücumlara getməsin. Regiondan kənar dövlətlər, o cümlədən Fransa öz hərəkətləri ilə faktiki olaraq Azərbaycanı təxribata çəkirlər. Əgər sabitliyi pozan rol olmasa, bəlkə də Azərbaycan yeni eskalasiyaya getməyəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni analitik Hayk Ayvazyan deyib.

Onun sözlərinə görə, ABŞ başda olmaqla kollektiv Qərb sülh müqaviləsi imzalamalıdır. “Rusiya isə əksinə, üçtərəfli danışıqlar sferasına qayıtmalıdır. Sülh müqaviləsi 10 noyabr bəyanatını ləğv edəcək. Həmin bəyanatla Rusiya Cənubi Qafqazda vasitəçi kimi təmsil olunur. Aİ isə Türkiyəni regional kommunikasiyaların həyata keçirilməsində lider ölkə kimi görür”.

Ayvazyan hesab edir ki, Zəngəzur dəhlizi məsələsi əsasən təbliğat xarakteri daşıyır. “Çünki bizim nəzarətimizdə olan Ermənistan ərazisindən bir kiçik yol belə açılsa, Azərbaycan Zəngəzur dəhlizini açdığını deyəcək. Amma o da dəqiqdir ki, nəzarət 10 noyabr razılaşmasından kənar baş verərəsə, o, Zəngəzur dəhlizinə çevriləcək”.

Erməni analitik qeyd edib ki, əgər yollar Qərbin nəzarəti altında açılsa və yollar qeyri-qanuni mənşəli yüklərin daşınması üçün istifadə edilərsə, Ermənistan regiondakı qonşuları üçün təhlükəli dövlətə çevriləcək. “Zəngəzur qonşu dövlətlər arasında mübarizə sahəsinə çevriləcək”.

Geri qayıt