Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gülən bu dəfə AĞLATDI: Azərbaycanda da varlar...

Gülən bu dəfə AĞLATDI: Azərbaycanda da varlar...


Dünən, 15:16
Gülən bu dəfə AĞLATDI: Azərbaycanda da varlar...
Fətullah Gülənin ölümü yeni mövzular gündəmə gətirəcək. Aydındır ki, örgütün liderinin Türkiyədə dəfn olunması mümkün deyil. Böyük ehtimalla onu yaşadığı ABŞ-ın Pensilvaniya ştatının və ya başqa ştatın müsəlman qəbiristanlığında basdıracaqlar. İkinci məsələ örgütün fəaliyyətinin hansı şəkildə davam etdirəcəyidir. Fətullah Gülən ağır xəstəliyi səbəbilə varisini əvvəlcədən seçməmiş deyil. Həmin varis ya onun qohumlarından, ya da Pensilvaniyadakı yaxın ətrafından biri olacaq. Həmin varis şəbəkəni ayaqda saxlamağa və topladıqları milyardlarla dolları idarə etməyə çalışacaq. Həmin varis FETÖ içində Gülən qədər populyar olmacayağından örgütdə fikir ixtilafının dərinləşməsi istisna deyil. Türkiyənin müvafiq strukturları Gülənin ölümündən ümumiyyətlə örgütü çökdürməyə çalışacaqlar. Asan olmayacaq. Çünki örgütün ABŞ, Avropa, hətta Afrikada müxtəlif mərkəzləri fəaliyyət göstərir ki, hamısı gəlir gətirir. Vaxtilə Azərbaycanda da örgütlənmişdilər, indinin özündə də Fətullah Güləni “hocamız” deyə qiymətləndirənlər var. Onlarla çox mübahisəm olub, hər dəfəsində də “hocanın” hərbi çevrilişə cəhddə və nəticədə yüzlərlə insanın həlak olmasında heç bir rolunun olmadığını “vurğulamağa” çalışıblar. Sanki yadplanetlilər hərbi çevrilişə cəhd edib və insanlara atəş açıblar...

Orxan TUNCƏR - Dia-az.Media

Geri qayıt