Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bakı Kristal Zalı”na yeni direktor təyin edilib

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib


Bu gün, 11:51
“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib
Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu Bahar Dadaşovadır.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Geri qayıt