Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İranlı idmançının erməni sevgisi

İranlı idmançının erməni sevgisi


Bu gün, 11:33
İranlı idmançının erməni sevgisi
İranlı kyokuşin karate idmançısı Əhməd Baqeri bu yaxınlarda Danimarkanın Olborqda şəhərində keçirilən çempionatda qazandığı qızıl medalı 44 günlük müharibədə ölən Artur Sukiasyanın xatirəsinə Ermənistanın İrandakı səfirliyinə təqdim edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın Tehrandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iranlı idmançı Əhməd Baqeri oktyabrın 20-də səfirlikdə olub və medalı səfir Arsen Avakyana təqdim edib.

Səfir Avakyan iranlı idmançıya medalı Artur Sukiasyanın ailəsinə təqdim edəcəyinə söz verib.

İranlı idmançının erməni sevgisi

Geri qayıt