Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq

Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq


Bu gün, 10:19
Zəngəzur dəhlizi noyabrın 5-nə qədər açılacaq
Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar.

Dia-az.Media Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan deyib.

Gevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.

“Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, - erməni politoloq vurğulayıb.

Geri qayıt