Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vardanyan Rusiyanın məşhur şirkətindən qovuldu

Vardanyan Rusiyanın məşhur şirkətindən qovuldu


Bu gün, 09:40
Vardanyan Rusiyanın məşhur şirkətindən qovuldu
Bakıda həbsdə olan separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan Rusiyanın məşhur şirkəti olan “KamAZ”ın səhmdarları arasında adı hallanan şirkəti tərk edib.

Modern.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, Vardanyan "KamAZ"ın səhmdarları arasında adı keçən “Avtoinvest” MMC-ni tərk edib. Oktyabrın 17-də Vardanyana məxsus pay baş direktor və “Modum-Trans” iri dəmir yolu operatorunun həmtəsisçisi Dmitri Artyakova verilib.

Artyakov "Rostec"in baş direktorunun birinci müavini, AvtoVAZ-ın eks-prezidenti və Samara vilayətinin keçmiş rəhbəri Vladimir Artyakovun oğludur.

Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Geri qayıt