Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran Azərbaycanla sərhədə divar çəkir?

İran Azərbaycanla sərhədə divar çəkir?


Dünən, 16:35
İran Azərbaycanla sərhədə divar çəkir?

İran öz qonşuları ilə sərhəddə baryer çəkməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, İran polisinin briqada generalı Əhməd Əli Qudarzi təhlükəsizliyin artırılması üçün ilk baryerlərin ölkənin şərqində – Pakistan və Əfqanıstanla sərhəddə çəkiləcəyini bildirib.

İran mətbuatı bununla ölkənin qeyd edilən istiqamətlərdən narkotrafikin qarşısını almağı planlaşdırdığını bildirib. Atılacaq addımlar sayəsində yanacaq qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya da əngəl yaradılacağı vurğulanıb.

Bununla belə, Qudarzi bənzər beton divarların İranın İraq və Türkiyə ilə sərhəddə yerləşən Elam, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində də çəkiləcəyini söyləyib.

Qeyd edək ki, İran bundan öncə Əfqanıstanla sərhəddə 10 kilometrlik beton divar çəkib. Daha 50 kilometr divarın çəkiləcəyi hökumət tərəfindən bildirilib. Ölkənin Əfqanıstan və Pakistanla ümumi sərhədi 950 kilometr təşkil edir.
Geri qayıt