Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyadan Türkiyəyə zərbə: Lavrov Ankaranı bu siyahıya salmadı

Rusiyadan Türkiyəyə zərbə: Lavrov Ankaranı bu siyahıya salmadı


Dünən, 15:45
Rusiyadan Türkiyəyə zərbə: Lavrov Ankaranı bu siyahıya salmadı
“Hindistan, Braziliya və Afrika nümayəndələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, dünya çoxluğunun təmsilçiliyinin BMT Təhlükəsizlik Şurasında təmininin önəmli olduğunu söyləyib.

Qeyd edək ki, BMT TŞ-nin hazırda 5 daimi üzvü var. Bunlar Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır. Bir çox ölkələr bu siyahının genişləndirilməsini istəyirlər. Onların bir qismi siyahıya Yaponiya, Almaniya, Hindistanın daxil edilməsini istəyirlər. BMT TŞ-nin genişləndirilməsini ABŞ və Fransa da dəstəkləyib. Bununla belə tərəflər növbəti üzvlərin kim olacağı fikrində ortaq nöqtə tapa bilməyiblər. Fransa BMT TŞ-nin daimi üzvlüyününü Almaniya, Yaponiya, Hindistan və Braziliyaya verilməsini istəyib, lakin ABŞ bu ölkələr sırasında Afrika ölkələrini də görmək istədiyini açıqlayıb.

Türkiyə də son illərdə BMT TŞ ilə bağlı iddialarını artırıb. Ankara bu təşkilatın daimi üzvü olmaq haqqına sahib olduğunu bildirsə də onun bu məsələdə mövqeyini yetərli dəstək verənlərin sayı kifayət qədər deyil. Maraqlıdır ki, Türkiyə ilə münasibətlərin sıxlığına önəm verən Moskva da bu məsələdə Türkiyəni dəstəkləmir.
Geri qayıt