Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…”

“Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…”


Dünən, 14:35
“Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…”
“Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatların BMT qətnamələrinə uyğun olduğunu bildirib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Qaqik Ambaryan yazıb.

O, Simonyanın Ağdamda çəkdirdiyi fotonu xatırladıb:

“Simonyan 2018-ci ildə Aknada (Ağdamda – red.) nar tutaraq foto çəkdirəndə o qətnamələrdən xəbəri yox idi? O, heç qətnamələrin sayını da bilmir. Sadəcə yalan və manipulyasiya ilə məşğuldur”.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan “Azatutyun” radiosuna müsahibəsində Azərbaycanın Qarabağda BMT qətnamələri əsasında əməliyyat keçirdiyini bildirib.


“Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi bu foto…”
Geri qayıt