Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Makron Azərbaycanla bağlı etiraf etməlidir...

Makron Azərbaycanla bağlı etiraf etməlidir...


Bu gün, 09:50
Makron Azərbaycanla bağlı etiraf etməlidir...
"Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib".
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azatutyun” radiosuna müsahibəsində bildirib. (Report)

Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.

“İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi həm də legitimliyin olmaması, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”, – erməni spiker etiraf edib.

"Ermənistanın Paşinyanlı rəhbərliyi etiraf edirsə, Qərbdəki bəzi aktorlar da reallığı qəbul etməlidirlər".

Musavat.com bildirir ki, politoloq Zaur Məmmədov mövzunu şərh edərkən bildirib. Politoloq qeyd edur ki, hazırda Qərb dövlətlərinin bir çox rəsmiləri Ermənistandan daha çox erməni məsələsini gündəmdə saxlamağa çalışır:

"Hazırda Qarabağda etnik təmizləmə aparılıb deyən bəzi beynəlxalq təşkilatların hesabatları, Fransa, Niderland kimi dövlətlərin parlamentləri, Qərbin digər dövlətlərinin nazir və deputatları Ermənistandan daha çox erməni məsələsini gündəmdə saxlamaq istəyirlər. Onsuz da, hər kəs bilir ki, 44 günlük müharibə və 19-20 sentyabr 2023 əməliyyatları tam olaraq beynəlxalq hüquqa uyğun həyata keçirilib. Buna eyhamı Paşinyan bir neçə dəfə vurub. Bu dəfə isə, parlamentin spikeri Alen Simonyan Qarabağdakı əməliyyatlarla bağlı reallığı etiraf edib. O bildirib ki, Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.

Təcrübəsizlikdən, reallığın olduğu kimi etiraf edilməsi, həm də, "erməni siyasi məhbuslar", "etnik təmizləmə" və sair kimi ittihamların üzərindən xətt çəkir. Nə də olsa, söhbət erməni dövlətinin baş nazirinin, spikerin çıxışlarındakı bəyanatlardan gedir.

Növbə Makronundur. O da papaq taparaq başına qoymalı, sonra isə, onu qarşısındakı masaya qoyaraq etiraf etməlidir".
Geri qayıt