Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı

Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı


Bu gün, 08:36
Paşinyan tələyə düşdü: Putin istəyinə çatdı
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində ünsiyyət qurmaq imkanlarına malik olacaqlar.

Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın BRİKS+ formatlı tədbirlərdə iştirak etmək üçün şəxsi dəvətini qəbul etməsi özlüyündə Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə sıx təmasların təzahürüdür.

"İnanıram ki, liderlərimizin ünsiyyət imkanları olacaq, lakin hansı formatda və hansı gündəmlə, bu, çox gərgin keçəcək, bu beynəlxalq forumun proqramından asılı olacaq".

Maraqlıdır, Kazan sammiti çərçivəsində Putin-Paşinyan görüşündən hansı nəticələr gözlənilə bilər?

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Kazanda bu görüşün keçirilməsi mümkündür:

“Rusiya Prezidenti ilə Ermənistan Baş nazirinin Kazanda keçiriləcək BRİKS-in sammiti zamanı görüşəcəklərinə sıradan bir görüş kimi baxmaq lazımdır. Çünki bu iki dövlət başçısının görüşü artıq diqqəti cəlb edəcək ciddi siyasi hadisə adlandırmaq mümkün deyil. Çünki onların görüşü artıq mütəmadi hal alıb. Məlum olduğu kimi, oktyabrda bu onların ikinci görüşü olacaq.

Görüşdə müzakirə olunacaq məsələlərə gəlincə, bu, müxtəlif mövzuları əhatə edəcək. Düşünürəm ki, Ermənistan-Rusiya münasibətləri, Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda fəaliyyəti, o cümlədən region üzrə kommunikasiya xətlərinin açılması prioritet olacaq.

Rusiya bu dəfə heç şübhəsiz ki, danışıqlarda müəyyən razılıq əldə etməyə cəhd edəcək və buna nail olacaq”.
Geri qayıt