Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir?

Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir?


Bu gün, 08:26
Türkiyə Ermənistan yaxınlaşması: Azərbaycana nə vəd verir?
“Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək edə bilər”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, Sergey Lavrov Ankarada keçirilən “3+3” formatının toplantısından sonra jurnalistlərə bildirib ki, Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir.

Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib:

“Məhz İran da bu prosesə qoşulub. Lakin hazırda heç bir rəsmi görüş nəzərdə tutulmur”.

“Erməni həmkarlar fasilə verdilər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməliyik”, - Lavrov belə deyib.

Rusiyalı nazir vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır:

“Ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub".

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya yalnız bu halda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı ola bilər:

“Türkiyə və Ermənistan XİN rəhbərlərinin son görüşü, bundan əvvəl isə Ərdoğan-Paşinyan görüşü Türkiyə ilə Ermənistanın münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir.

Türkiyə xarici işlər naziri Hakan Findanın son çıxışı onu deməyə əsas verir ki, Ankara Ermənistanla diplomatik münasiblərinə qurulmasında maraqlıdır və buna hər an hazırdır. Amma bu məsələ Azərbaycan-Ermənistan sülh prosesinin gedişatından asılıdır.

Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalandığı təqdirdə Türkiyə Ermənistanla münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atmağa başlayacaq. Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda proseslərə müsbət təsir edəcək.

Rusiya da iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlıdır. Hazırda Rusiya Ermənistanı öz əlində saxlayır. Eyni zamanda Rusiyanın Türkiyə ilə həm diplomatik, həm siyasi, həm də iqtisadi müstəvidə əlaqələri yüksək səviyyədədir.

Bildirim ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qərb güc mərkəzlərinin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə mane olacaq. Bu gün Sergey Lavrovun təklifi müsbət qarşılana bilər. Ancaq nəzərə almaq lazımdır ki, son üç ildə Türkiyə və Ermənistan heç bir vasitəçi olmadan danışıqlar aparır.

Hər iki tərəfin bu istiqamətdə səlahiyyətli nümayindələri var. Həm Ankara, həm də İrəvan təmasları ikitərəfli qaydada davam etdirəcəklər”.
Geri qayıt