Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır...

“Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır...


Bu gün, 10:44
“Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır...
Noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransı Azərbaycana qarşı son dərəcə qeyri-dost münasibəti ilə seçilən xarici dairələrin gözündə tikan olub. Bu möhtəşəm hadisə onlarda daimi yuxu çatışmazlığı, narahatlıq hissi və gücsüz qəzəb yaradır. Həmin qüvvələrin arxasında, müxtəlif ölkələrin korrupsioner ictimai-siyasi xadimlərinin köməyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirməyə çalışan erməni lobbisinin qulaqlarının açıq-aşkar çıxdığını izah etməyə dəyməz.

Bu “ermənipərəst” məsələdə hədsiz çeviklik, əlbəttə ki, əcdadlarının bir vaxtlar “Azadlıq, bərabərlik və qardaşlıq” devizi ilə dünyanı sevindirdiyi fransızlara məxsusdur. Təəssüflər olsun ki, bu gün Qərb və xüsusən də həmin fransızlar bu nəcib şüarı dəyərsizləşdirərək, istənilən cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edən üç kəlməni başqa sözlə əvəzləyiblər: “Yalan, korrupsiya və ikili standartlar”.

Bakıda COP29-un tarixi yaxınlaşdıqca, öz imicinə və dövlətinin reputasiyasına heç fikir vermədən “otuz gümüş sikkə” naminə yalan hovuzuna qərq olmağa hazır olan fransız siyasətçilər daha intensiv şəkildə çoxalırlar. Azərbaycan tərəfi açıq-aşkar yalanları hər dəfə fakt və arqumentlərlə təkzib etsə də, “erməni qızıl danası” başda olmaqla, fransızlar azmışların yolu ilə getməkdə davam edirlər.

Bəs bu vicdansız siyasətçilər yalan toxumu səpməkdən yorulmurlarsa, onda biz niyə həqiqəti yaymaqdan imtina etməliyik? Odur ki, bu dəfə biz sifətini öz yalan və riyakarlıq ifrazatına soxmaqla, daha bir təxribatçını ifşa etmək həzzini buraxmamaq qəraına gəldik.

Fransa Milli Assambleyasının Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel “erməni şorbası” üçün növbəyə dayanıb. “Azərbaycan COP29 adlı misli görünməmiş saxtakarlıq dalğası hazırlayır”, - deyə o, bu barədə sosial şəbəkələrdə yazıb.

O, davam edir:

“Əsl Azərbaycan:

benzin və qaz dövləti;

insan hüquqlarına qarşı diktatura;

2020-ci ildə Dağlıq Qarabağda cihadçılar və fosfor bombalarından istifadə ediblər;

2023-cü ildə blokada və qıtlıqdan istifadə ediblər”.

Ondan başlayaq ki, əvvəlki iki iqlim konfransı da Ann-Laurens Petelin “benzin-qaz dövlətləri” adlandırdığı yerlərdə - Misir və BƏƏ-də baş tutdu. Lakin bu hadisələr Fransanın mənfi reaksiyasına səbəb olmadı. Çünki hədəfdə deyildilər.

Bundan əlavə, adıçəkilən deputata xatırladaq ki, Fransanın “Total Energies” şirkəti Xəzər dənizindəki “Abşeron” qaz yatağında 35 faiz paya malikdir. Yəni, madam Petelin “qayğısını çəkdiyi” “ətraf mühitin çirklənməsinin” üçdə biri fransızların payına düşür.

Lakin siyasət və iqtisadiyyat bir-birinə bağlı olsa da, biz buna diqqət yetirməyəcəyik. Necə deyərlər, milçəklər ayrı, kotletlər ayrı.

Amma deputatın ittihamının növbəti məqamı xüsusi diqqət tələb edir. Göründüyü kimi, Petel 2023-cü ilin iyununda fransız polisinin 17 yaşlı əlcəzairlini “insan hüquqları” çərçivəsində kiçik bir cinayətə görə güllələdiyini unudub. Bu ahdisədən sonra Fransa ictimaiyyəti “demokratik hakimiyyəti” sistemli irqçilikdə ittiham etmişdi.

Yaxud Yeni Kaledoniyada göstərilən “fransız demokratiyasının” yeni nümunəsi: kanakların müstəqillik almaq üçün qanuni hüquqlarına cavab olaraq, Paris onlara qarşı repressiyalar həyata keçirdi və 13 nəfər öldü.

Əlbəttə ki, “insan hüquqlarına hörmətin” ən böyük nailiyyəti, sonuncu hadisə, Afrika ölkələrinin müstəqillik və suverenlik hərəkatının liderlərindən birinin, Fransa hakimiyyətinin neokolonializminə qarşı fəal döyüşçünün - Kemi Sebanın həbsi ilə bağlıdır. Yada salaq ki, Seba bu yaxınlarda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada fransız neokolonializmi mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Çox güman ki, bu, Sebanın həbsinə səbəb olub.

Fransa diktaturasının insan hüquqlarına qarşı bütün bu açıq-aşkar faktlarından sonra fransalı deputat başqalarını qınamağa cəsarət edir. Heyrətamiz sinizm.

Gəlin davam edək. Cihadçılar və fosfor haqqında nağıllar çoxdan köhnəlib və heç kimi maraqlandırmır. Bununla belə, hər dəfə bu və ya digər Qərb siyasətçisi məşhur heyvanın tərsliyi ilə tozlu şkafdan naftalin qoxulu “dəhşət hekayəsi” çıxarır və yalanı həqiqət kimi qələmə verməyə çalışır.

Baxmayaraq ki, indiyədək cihadçıların, türklərin və pakistanlıların Azərbaycan tərəfində 44 günlük müharibədə iştirakına dair heç bir sübut təqdim edilməyib. Hətta yadplanetliləri belə, tapmadılar.

Ermənilərin və fransızların sevimli “blokada” və “aclıq” mövzusuna gəlincə, bu yalanı ifşa edən çoxsaylı misallardan yalnız birini verəcəyik. Üstəlik, erməni-fransız saxtakarlığını Azərbaycan mediası və ya siyasətçiləri deyil, Bolqarıstanın “Fakti” nəşri ifşa edir. 2023-cü ilin sentyabrında dərc olunmuş məqalədən qısa bir parça:

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin onlara çatdırmağa çalışdığı Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrinin erməni əhalisinə ərzaq çatdırmaq üçün Ağdam yolundan istifadə edilməməsi guya ermənilər yaşayan ərazilərin “blokadası” ilə bağlı Azərbaycana qarşı irəli sürülən ittihamların əsassızlığını sübut edir”.

Materialda qeyd olunur ki, son vaxtlar Ermənistan və dünyadakı erməni diasporu Azərbaycanı kəskin tənqid edir, onu Qarabağın erməni əhalisi arasında “humanitar böhran” yaratmaqda ittiham edir və beynəlxalq ictimaiyyətdə yalan vədlər əsasında hiddət yaratmağa sövq etməyə çalışırlar. Lakin Azərbaycandan gələn ərzaq məhsullarından imtina edilməsi, Ağdam-Xankəndi yolunun bağlanması bu ittihamların nə qədər əsassız olduğunu bir daha göstərir.

“Bu, sadəcə, siyasi manipulyasiyadır”, - deyə materialda qeyd edilir.

Necə deyərlər, əlavə etməyə bir şey yoxdur. Lakin Petel və onun kimi başqaları üçün kifayət qədər dəlilin təsir göstərməsi ehtimalı azdır. “Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır, hətta qumara vicdanlarını qoyublarsa belə...

Müəllif: Fed Bakinski - AYNA.az

Geri qayıt