Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hər kəsi bizə qarşı qaldırsalar da...

Hər kəsi bizə qarşı qaldırsalar da...


Bu gün, 10:09
Hər kəsi bizə qarşı qaldırsalar da...
Xarici siyasət hər bir dövlətin, beynəlxalq münasibətlər sistemində öz mövqeyini bərqərar edib möhkəmləndirən, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq quran və inkişaf etdirən siyasi iradəsinin göstəricisidir. Xarici siyasətin əsas istiqamətlərinin düzgün müəyyən edilməsi və onların həyata keçirilməsi bütün dövrlərdə bütün ölkələr üçün, o cümlədən də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edib. Azərbaycan hər zaman bütün münasibətlərində milli-mənəvi dəyərlərə üstünlük verib. Ölkə uğurlu addımlarını Heydər Əliyevin müəyyən etdiyi və İlham Əliyevin davam etdiyi siysi kursun nəticəsində atıb və bu gün Azərbaycan dünyanın nüfuzlu ölkələrindən birinı çevrilib. Bu gün Azərbaycanın dünyanın 180-ə yaxın ölkə ilə diplomatik əlaqələri var. Ölkəmizdə 80-ə yaxın xarici səfirliklər, konsulluqlar fəaliyyətdədir. İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “ölkəmiz müstəqil xarici siyasət yürüdür və heç bir dövlət ona öz iradəsini diktə edə bilməz”. Əlverişli coğrafi regionda yerləşən Azərbaycan Qərblə Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm yer tutur.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, dünya ölkələri ilə əməkdaşlıq, sağlam münasibətlərin qurulması Azərbaycan xalqının həm milli təhlükəsizliyi, həm də, dövlətin inkişafı baxımdan çox əhəmiyyətlidir. Azərbaycan artıq, bu istiqamətdə öz uğurlu addımlarını atmaqdadır.

Deputat deyir ki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin rəhbərliyi dövründə dünyaya inteqrasiya olunmaq, dünya birliyi ölkələri ilə sıx əməkdaşlıq etmək, münasibətləri yaxşılaşdırmaq əsas bir vəzifə kimi qarşıya qoyulub: “Bu istiqamətdə çox mühüm tədbirlər görülməkdədir. Artıq dünyanın əksər ölkələrində Azərbaycanın səfirlikləri və nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatların üzvüdür və bir neçə il “Qoşulmama Hərəkatı”na rəhbərlik etmiş, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlqədə olmuş və dünyanın beynəlxalq tədbirlərində yaxından iştirak etməyi bir vəzifə kimi dəyərləndirmişdir. Bu gün artıq dünyanın ən mötəbər tədbirləri Azərbaycanda keçirilir. Beynəlxalq səviyyəli idman yarışları, musiqi, festivalları, mədəniyyət, elm və təhsil sahəsində mühüm tədbirlər və dünyanın diqqət mərkəzində olan COP 29-un Azərbaycanda keçirilməsinə göstərilən müsbət münasibət göstərir ki, Azərbaycan dünyaya inteqrasiya olmaq prosesində yaxından iştirak edir. Əlbəttə ki, bu da dövlətimizin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev bütün çıxışlarında bildirmişdi ki, biz sülhün və əməkdaşlığın, demokratiyanın tərəfdarıyıq. Dünya ölkələri ilə bu istiqamətdə işimizi daha da canlandırmalıyıq. Çox təəssüflər olsun ki, bu sahədə Azərbaycana müəyyən aqressiv münasibət göstərən ölkələr və onun dünya ölkələri ilə əməkdaşlığının genişləndirməsinə kölgə salan dövlətlər mövcuddur”-deyən deputat bildirib ki, Azərbaycan torpaqları uzun illər işğal altında olmasına baxmayaraq, ölkə rəhbərinin düşünülmüş siyasəti ilə iqtisadi inkişaf, insanların rifah halı səngiməmiş və uğurlar əldə edilmişdir. Nəticədə, iqtisadiyyatın davamlı və dayanıqlı olması sayəsində ordu quruculuğu möhkəmlənmiş və düşmən üzərində mühüm qələbə qazanılmışdır.

“Bu gün bu qələbəni, bu uğurları gözü götürməyən qüvvələr çoxdur. Qələbəmizə kölgə salanlar var və bu da dünya ölkələri ilə əməkdaşlığın möhkəmlənməsində müəyyən maneələrə səbəb olur. Ancaq Azərbaycan qüdrətli bir dövlətdir. O özünün gələcəyini, sağlam əməkdaşlıqda, dünyaya inteqrasiya olunmaqda görür. Mənim fikrimcə, bu sahədə həyata keçirilən tədbirlər uğurludur və bundan sonra da bu istiqamətdə görülən işlər dövlətimizin nüfuzunu möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləmdirilməsinə, insanların rifahının yaxşılaşmasına yeni bir təkan verəcəkdir”-deyə deputat qeyd edib.

Bu gün etiraf edə bilərik ki, Azərbaycan Respublikası çoxvektorlu xarici siyasət həyata keçirərək özünü çoxsaylı təhlükələrdən xeyli dərəcədə qoruya, ölkədə sabitliyi təmin edə, dünyanın bir çox dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qura bilib.

Geri qayıt