Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil"

"Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil"


Bu gün, 09:58
"Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil"
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı erməni jurnalistin verdiyi təxtribatçı sualını özünəməxəsus şəkildə cavablayıb. Jurnalist Xankəndində 19-20 əsrə aid tarixi məhəllələrin, Azərbaycan tərəfindən dağıdıldığını iddia edib. Mariya Zaxarova deyir, “mən başa düşdüyüm qədər söhbət Azərbaycan ərazisindən gedir. Birincisi, orada bu ölkənin qanunları tətbiq edilir. İkincisi, söhbət mədəniyyət obyektlərindən gedirsə, ixtisaslaşmış beynəlxalq təşkilatlar var. Əgər onların hər hansı bir sualı varsa, o zaman bunun üçün yaradılmış müvafiq qurumlarda (məsələn, YUNESKO) bunu həll etmək lazımdır.

Ermənistan öz topaqlarımızda nə edəcəyimizi diqtə etmək istəyir, bəs biz bu durumda nə etməliyik?
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni yalanı və uydurmaları tarix boyu davam edib və bu gün davam etməkdədir: “Ağa qara demək bu toplumun şakəridir, onlar artıq bundan adətkardırlar. Və o qədər belə bir siyasət tutublar ki, hətta artıq öz yalanlarına həqiqət kimi özləri də inanmağa başlayıblar. Bu, çox təhlükəli məsələdir. Təəssüflər olsun ki, bizim qonşuluğumuzda olan bu topluma aiddir”.

Deputat qeyd edib ki, Rusiya federasiyasının xarici işlər nazirliyinin sözcüsünə sual verən jurnalist şovinist bir adamdır və zaman-zaman belə təxribatçı suallarla həm brifinqlərdə, həm internet resurslarında suallar verir, çıxışlar edir və növbəti dəfə Mariya Zaxarovaya bu sualları verməklə, özünü bir daha biabır etdi.

“Mariya Zaxarovanın çox tutarlı məntiqli və hüquqi aspektdən doğru cavabı ona bir şillə kimi dəydi. Sualın məntiqi çox gülüncdür. Təsəvvür edin ki, birdən-birə Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsündən hardasa başqa bir ölkədə baş verən hadisəyə cavab verməsini soruşurlar. Təbii ki, cavab da o olacaq ki, ölkənin müvafiq orqanından soruşun, o ölkənin daxili işləri var nazirliyin sözcüsündən soruşub və s. və ilaxır. Xankəndi, Azərbaycanın şəhəridir və Azərbaycanın suveren ərazisində yerləşən bir şəhərdir, orda baş verən məsələlərə Azərbaycan Respublikası nəzarət edir. Rusiya Xarici İşlər Nazirliyindən bunun soruşulması da provakasiyadır, siyasi savadsızlıqdır, təxribatçılıqdır. Təbii ki, cavabını da çox tutarlı formada aldı. İkinci məsələ, ermənilərin oradan getməsi ilə bağlı idi. Yenə də çox doğru və düzgün cavabını aldı ki, “Azərbaycan tərəfi kifayət qədər səy göstərib ki, ordan ermənilər getməsin”. Və yenə qeyd edildi ki, sual Azərbaycan Respublikasının nümayəndəsinə verilməlidir”-deyən deputat vurğulayıb ki, bu da növbəti təxribatdır.

“Erməni yalan maşını çalışmaqdadır. Belə ki, hazırda bütün dünyada, əsasən də ermənilərin çox yaşadığı yerlərdə həm kütləvi informasiya vasitələrində, həm televiziyalarda, həm də sosial şəbəkə seqmentlərində total şəkildə antiazərbaycan təbliğatı aparılmaqdadır. Ermənistan tərəfi, həmin ölkələrdə yaşayan ermənilər və təsir dairələrində olan televiziyalarda, qəzetlərdə, saytlarda növbəti yalanları və təxribatları, uydurmaları trajlamaqdadırlar”-deyən deputatın fikrincə, əslində normal rasional cəmiyyət hazırda nəyin baş verdiyinin fərqindədir. Azərbaycanın öz suveren ərazisini geri qaytardığını, bunun üçün müharibə apardığını dünya bilir. Bütün beynəlxalq institutlar, dövlətlər, təşkilatlar Azərbaycanın bu qələbəsini qəbul edir.

“Qeyd edim ki, ölkəmizdə keçiriləcək COP 29-da 200-ə yaxın dövlətin Azərbaycanda bu böyük qlobal tədbirin keçirilməsinə razılıq verməsi də ölkəmizə olan inamın, etimadın göstəricisidir”-deyə deputat əlavə edib.

Geri qayıt