Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...

Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...


Bu gün, 09:23
Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır...
Ermənistanın Beynəlxalq Respublikaçılar İnstitutu ictimai rəy sorğusunu dərc edib. Aparılan sorğuya əsasən, gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, 20 faiz “Vətəndaş sazişi” partiyasına, 4 faiz “Çiçəklənən Ermənistan”, 2 faiz isə “Hayastan” alyansına səs verəcəkdi.

Moderator.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

Məlumatlar 13-25 sentyabr 2024-cü il tarixlərində aparılan telefon müsahibələri vasitəsilə toplanıb. Sorğu həm Ermənistan vətəndaşı, həm də hazırda Ermənistanda məskunlaşmış Qarabağdan köçkün olan təxminən 1503 nəfər arasında aparılıb.

Sorğunun nəticələrinə görə, seciçilərin 16 faizi ən çox baş nazir Nikol Paşinyana, 4 faizi Ararat Mirzoyana, 4 faizi Aram Zaveni Sarkisyana, 2 faizi Alen Simonyana, 2 faizi Robert Köçəryana(Xocalı canisi olan terrorçu eks-prezident, Rusiya lideri Putinin dostu-S.L.) inanır. Respondentlərin 61 faizi isə heç kimə etibar etmədiyini bildirib.

Gələn bazar günü parlament seçkiləri keçirilsə, vətəndaşların hansı partiya və ya bloku seçəcəyinə gəlincə, respondentlərin 20 faizi “Vətəndaş sazişi”, 4 faizi “Çiçəklənən Ermənistan”, 2 faizi “Mənim addımım” alyansı, 2 faizi – “Hayastan” bloku, Respublika Partiyasına 2 faiz, "Daşnaksütyun"a 2 faiz, Robert Köçəryanın partiyasına isə yalnız 1 faiz səs verəcəkdi...
Geri qayıt