Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu dövlət qurumları ləğv edilir

Bu dövlət qurumları ləğv edilir


Bu gün, 03:24
Bu dövlət qurumları ləğv edilir
Bir-birini təkrarlayan qurumlar zamanla çoxluq təşkil edir. Belə qurumlar dövlət bedcəsinə də yük hesab olunur. Bu səbəbdən də bir-birini təkrar edən belə dövlət orqanları ləğv edilərək, hamısı bir qurum ətrafında birləşə bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

Politoloq açıqlamasında paralel dövlət qurumlarının ləğv olunması və uyğun dövlət orqanlarına birləşdirilməsi ilə bağlı addımlar atıldığını qeyd edib:

"Azərbaycan hökuməti uzun müddətdir ki, dövlət idarəçilik sistemində islahatların aparılmasına başlayıb. Bu istiqamətdə də kifayət qədər proqressiv, pozitiv və effektiv addımlar atmağa nail olub. Son vaxtlara qədər bir neçə nazirlik ləğv olunaraq uyğun digər nazirliklə birləşdirilib və orada departament kimi fəaliyyət göstərir. Bu isə idarəçiliyin effektivliyinin artırılmasına xidmət edir. Azərbaycan hökuməti bu prosesi yaxın gələcəkdə də davametdirmək niyyətini biruzə verir. Son vaxtlar da bəzi paralel dövlət qurumlarının ləğv olunması və onların uyğun dövlət qurumlarına birləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bu isə dövlətin idarəçilik sisteminin daha effektiv olması üçün münbit şərait yaradır. Eyni zamanda büdcə xərclərinin azaldılmasına, daha effektiv xərclənməsinə geniş imkanlar yaradır. Bu baxımdan belə hesab etmək olar ki, Azərbaycan hökumətinin atdığı bu addımlar olduqca pozitiv, vacib və təxirəsalınmaz qərarlardır. Yəqin ki, yaxın gələcəkdə sözügedən proses bütövlükdə öz məntiqi sonluğuna çatacaq və Azərbaycan ehtiyacı olan dövlət strukturlarının tam formalaşdırılması prosesi yekunlaşmış olacaq".
Geri qayıt