Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu

Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu


Dünən, 17:41
Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu
Ukraynanın Avropa İttifaqındakı daimi nümayəndəsi bildirib ki, müttəfiq ölkələr Rusiya Prezidentini qəbul edəcəyi təqdirdə Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirakı ləğv etməlidir.

“Cebheinfo.az” xəbər verir ki, diplomat “Politico”ya müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi təqdirdə beynəlxalq ictimaiyyət Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi sammitini boykot etməlidir.

Məhz Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsov belə deyib:

“Biz bu təzyiqi tətbiq etməliyik və tərəfdaşlarımız Azərbaycana bunu başa salmalıdırlar. Əgər Putin oradadırsa, gəlməyəcəklər”.

Çentsovun çağırışı Putinin Bakıda noyabrın 11-də başlayacaq illik iqlim toplantısında iştirak etməyi düşündüyü barədə Kremlin açıqlaması ilə bağlı olub.

Lakin mənbə qeyd edir ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.

Bu o deməkdir ki, Rusiya lideri onun ərazisinə gəldikdən sonra onu saxlamağa borclu deyil. Putin avqustda ölkəyə səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə ticarət və siyasi əlaqələrin genişləndirilməsi ilə bağlı dostluq danışıqları aparıb.

“Biz tərəfdaşlarımıza xəbərdarlıq edirik ki, Rusiyanın etdikləri müharibə cinayətləridir. Biz artıq qeyd etmişik ki, Rusiyanın müharibəni normallaşdırmağa çalışdığını xatırlamalıyıq”, - Çentsov belə deyib.

Qeyd edək ki, ukraynalı səfirin bu açıqlaması ilə Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoyub. Halbuki, Çentov Ukrayanın ən çətin günlərində, Azərbaycan dövlətinin və insanların könüllü olaraq, müharibədən əziyyət çəkənlərə göstərdiyi humanitar yardımı xatırlamaq istəmir.

Rusiya raketlərinin Ukraynanın böyük hissəsini qaranlığa qərq etdiyi günlərdə Azərbaycan Kiyevə yüzlərlə elektrik generatoru göndərib.

Valideynlərini itirmiş ukraynalı uşaqların Azərbaycanda psixoloji reabiolitasiyası həyata keçirilib, təhlükəsiz yaşayışı təmin edilib.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməkdə davam edir. Onlarla azərbaycanlı ilk gündən Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb.

Həmin azərbaycanlıların bir çoxu Rusiya ordusu ilə müharibədə həlak olub. Amma Çentsov nədənsə, bunları yada salmır. Azərbaycan neytaral dövlətdir və Ukraynanın maraqlarına görə Rusiya ilə münaqişə edə bilməz.

Amma ermənilər Ukrayna ərazilərinin işğalında iştirak ediblər.

“Arabo” batalyonu Ukraynaya qarşı müharibə aparanda Çentsov bunu Ermənistana və ermənilərə irad bilmədi.

Avropa İttifaqını Ermənistanla əməkdaşlığı dayandırmağa, bu ölkəyə maliyyə yardımı etməməyə çağırmadı. Azərbaycan isə heç vaxt Ermənistanla isti münasibətlərinə görə Ukraynanı boykot etməyin tərəfdarı olmayıb.

Geri qayıt