Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın bir İZAHAT BORCU VAR...

Paşinyanın bir İZAHAT BORCU VAR...


Dünən, 15:37
Paşinyanın bir İZAHAT BORCU VAR...
Ermənistan Parlamentinin sədri Alen Simonyan Cenevrədəki konfransda çıxış edərkən “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq, 16 bəndin hamısı razılaşdırılıb” cümləsini işlətdikdən sonra bunun ardı gəlmədi, yəni baş nazir Nikol Paşinyanın spikerinin sözlərini təsdiq edən açıqlaması olmadı. Bundan iki nəticəyə gəlmək mümkündür. Ya Ermənistan parlamentinin sədri açıqlamanı özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini sülhpərvər kimi göstərmək olub, ya da Alen Simonyan baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Nikol Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır.

Orxan TUNCƏR - Dia-az.Media

Geri qayıt