Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ruslan Əliyevə YENİDƏN ETİMAD: Bu dəfə...

Ruslan Əliyevə YENİDƏN ETİMAD: Bu dəfə...


Dünən, 13:06
Ruslan Əliyevə YENİDƏN ETİMAD: Bu dəfə...
Yaxın vaxtlarda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevin vəzifəsindən azad olunacağı gözlənilir.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Balababa Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə yola salınacaq.

Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib. vakansiya

“Azərenerji” ASC-nin prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.

“Azərenerji” ASC-nin yeni prezidenti isə “Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev təyin oluna bilər.

O, hazırda “Azərenerji” ASC-nin departament direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Ruslan Əliyev ixtisasca energetika mühəndisidir. O, 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib, texnika üzrə fəlsəfə doktorudur. Bu sahənin peşəkarı olan Ruslan Əliyevin “Azərenerji” ASC-nin rəhbərliyinə gətirilməsi sözügedən sektorda ciddi irəliləyişlərə gətirib çıxara bilər.

Xatırladaq ki, Ruslan Əliyev bu ilin əvvəlində “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Geri qayıt