Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb

“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb


15-10-2024, 11:03
“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb
“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb.

Bu barədə İqtisadiyyat.az Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, “Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 9,175 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

9 ay ərzində “Express Bank”ın xərcləri 49,462 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çox deməkdir.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Geri qayıt