Əsas Səhifə > Ana xəbərlər, Güney Press > `AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR...
`AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR...15-10-2024, 10:57 |
“Uzun müddətdir, bu problem var idi. Lakin son bir həftədə davamlı olaraq işıqlarımız sönür. Hər gün saat 10-dan 5-ə qədər işıqlarımız kəsilir”. Bu şikayətlə “Qafqazinfo”ya Xırdalan şəhəri AAAF Park yaşayış massivi, Olimp Kompleks 26-cı məhəllənin bir qrup sakini müraciət edib. Sakinlərin sözlərinə görə, işıqların sönməsinə səbəb AAAF Park yaşayış kompleksinin “Azərişıq” ASC-yə olan borcudur: “Şirkətin “Azərişığ”a 200 000 manat borcu var. Buna görə də hər gün gəlib bizim işıqları söndürürlər. Bu da bizim bütün işlərimizə mane olur. Soyuducuya nəsə alıb qoya bilmirik, xarab olur. Heç bir iş edə bilmirik. Kimsə pul yeyib deyə biz əziyyət çəkirik. Digər binalarda da bu hal baş verir. Lakin ən çox bizim binada işıq sönməsi olur. Bizim bina “Azərişığ”a təhvil verilməyib. Hər ay komendanta işıqpulumuzu ödəyirik. Artıq 2013-dən bəri belədir. Məhkəmə də qərar çıxarıb ki, AAAF borcu ödəsin. Şirkət “Azərişıq”la danışıqlar aparır ki, aylıq 2000 manat ödəniş etsinlər”. İddialarla bağlı AAAF Park yaşayış kompleksi ilə əlaqə saxladıq. Şirkətin hüquqşünası Emin Səlimov bildirdi ki, məsələ ilə bağlı heç bir məlumatı yoxdur. Geri qayıt |