Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər Trampdan niyə qorxur?

Ermənilər Trampdan niyə qorxur?


14-10-2024, 08:45
Ermənilər Trampdan niyə qorxur?
“ABŞ-da baş tutacaq prezident seçkilərində Donald Tramp qalib gələrsə, Vaşinqtonun Cənubi Qafqaz marağı azala bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-da keçirilən “Ermənistanın yeni balansı: “Rusiya, Qərb və Cənubi Qafqazın gələcəyi” adlı tədbirdə “APRI Ermənistan” analitik mərkəzinin strategiya və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Anahit Filipposyan deyib.

O, Trampın prezident seçiləcəyi halda Ermənistanla ABŞ arasında münasibətlərin azalacağına dair erməni ictimaiyyətində narahatlığın olduğunu bildirib. Flipposyan bunun doğru olmadığını, lakin Vaşinqtonun ümumilikdə regiona yanaşnasının dəyişə biləcəyini qeyd edib:

“ABŞ-ın regional kontekstdə Ermənistana münasibətinin necə olacağı Trampın yanında kimlərin yer alacağına bağlıdır. Vaşinqtonun İrəvana marağının azalacağını düşünmürəm. Lakin ümumilikdə Cənubi Qafqaza yanaşma dəyişə bilər. Hazırda Ağ Ev Çinin regiona artan marağını müşahidə edir. Çünki Pekin Vaşinqton üçün rəqibdir”.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

Geri qayıt