Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 1325-ci ilin xəritəsində Azərbaycan adı
1325-ci ilin xəritəsində Azərbaycan adı14-10-2024, 07:05 |
Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb. Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib. Alim bildirib ki, təqdim edilən xəritəni Məhəmməd əl-İdrisi Sisiliya kralı II Rocer üçün hazırlayıb: “Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır. Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə “Azərbaycan adını Stalin yaradıb” deyənlərə növbəti cavabdır”. Xəritəyə BURDAN BAX: https://t.me/Axaraz/60748 Geri qayıt |