Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 4 həftəlik sülh müqaviləsi

4 həftəlik sülh müqaviləsi


Bu gün, 09:18
4 həftəlik sülh müqaviləsi
Ermənistan artıq bir neçə aydır Azərbaycanla sülh müqaviləsi bağlmaq məsələsini gündəmə gətirir və bu məsələdən özünə divident qazanmağa çalışır.

Ermənistanı bu cür imitasiyaları zaman-zaman olur və nəticədə bütün bunların təxribat olduğu gün üzünə çıxır.

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan etdi.

Sonradan məlum oldu ki, Paşinyanın təklif etdiyi sülh yalnız 13 bənddən ibarətdir, qalan bəndləri müqavilədən çıxarıblar. Yəni Ermənistan bu cür gedişlərlə özlərini beynəlxalq ictimaiyyətə sülhpərvər ölkə kimi göstərməyə çalışır.

Bu günlərdə Paşinyanın ardınca Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da oxşar fikirlərlə çıxış edib.

O, “Reuters” agentliyinə müsahibəsində deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini yaxın dörd həftə ərzində imzalamağa ümid edir.

Ermənistan Prezidenti İrəvanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinə qədər Azərbaycanla sülh sazişinin 16 maddəsinin imzalanacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, Paşinyan noyabra qədər sülh sazişinin 13 bəndinin imzalanması mümkünlüyündən danışırdı.

Bəs Ermənistanın siyasi liderləri hansı süldən danışırlar? Hansı sülh sazişindən söhbət gedə bilər ki, hələ də Ermənistan 4 il əvvəl imzaladığı üçtərəfli sazişə əməl etmir. Bunun bariz nümunəsi Zəngəzur dəhlizinin açılmamasıdır. Görünən odur ki, bu riyakar və yalançı mövqe ilə Azərbaycanı sülhdən yayınan tərəf kimi göstərməyə cəhd edirlər.

Ermənistanın bu gedişinə ABŞ konqresmenləri də dəstək verirlər. Bu günlərdə ABŞ konqresmenlərinin Azərbaycana qarşı sanksiya tətbiq etmək məsələsini gündəmə gətirməsi də bu dəstəyin bir hissəsidir.

Təəssüf ki, Ermənistanın bu istəyinə Azərbaycan daxilindən də birbaşa və ya dolayısı yolla dəsətək verənlər var. ABŞ koqresmenlərinin sanksiya təklifinə dəstək verməklə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun ətrafında olanlar da Ermənistanın bu təxribatçı mövqeyini dəsətəkləyirlər.

Mövzu ilə bağlı “Cebheinfo.az”-da danışan Sosial Tədqiqatlar Mərkəznin sektor müdiri, politoloq Tural İsmayılov deyib ki, Ermənistanın sülhlə bağlı açıqlamalarına əsla güvənmək olmaz:

“Çünki nəzərə almaq lazımdır ki, Ermənistan daim Azərbaycanla sülh prosesini pozmaq istəyən ölkədir. Ermənistanın bu təxribatçı addımları da ümumi vəziyyətin pisləşməsinə, gərginləşməsinə səbəb olur. Bütövlükdə hansısa önəmli beynəlxalq tədbir keçiriləndə Ermənistan hər zaman təxribatlar törədib, Azərbaycanın əleyhinə müxtəlif addımlar atıb. Ona görə də biz heç bir halda dövlət kimi Ermənistana güvənə bilmərik.

Bu gün Ermənistan beynəlxalq auditoriyanı sülh mənzərəsi ilə aldatmağa çalışır. Amma İrəvanın reallıqda atdığı bütün addımlar təxribat xarakterlidir. Fransanın Ermənistanı kütləvi hücum silahları ilə silahlandırması, eyni zamanda bu gün Ermənistan ətrafında baş verən hadisələr, Azərbaycan əleyhinə aparılan “qara piar” kampaniyası da növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistanın real sülhlə bağlı təsəvvürü yoxdur.

Sadəcə olaraq, Ermənistan COP29 ərəfəsində özünü “sülhpərvər” kimi göstərməsi məkirli siyasətin davamıdır.

Geri qayıt