Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib

"Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib


Bu gün, 09:12
"Azfinance İnvestisiya Şirkəti”nin direktoru dəyişib
"Azfinance İnvestisiya Şirkəti” QSC-yə yeni direktor təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu, Pərvanə Qasımovadır.

O, indiyə qədər maliyyə qurumunun direktor müavini olub və yeni vəzifəsində İntiqam Səfərəliyevi əvəz edib. Keçmiş direktor həm də "Azfinance"in səhmlərinin 15 %-nə nəzarət edirdi. Səhmlərin qalan 85 %-i isə Abid Mamedova (Müşahidə Şurasının sədri) məxsus idi. Hər iki şəxs avqustda paylarını dünyanın aparıcı onlayn ticarət brokeri - “CFI Financial Group”a satıb.

Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.

Geri qayıt