Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Gazelli Group” MMC-nin direktoru dəyişdirilib

“Gazelli Group” MMC-nin direktoru dəyişdirilib


8-10-2024, 17:40
“Gazelli Group” MMC-nin direktoru dəyişdirilib
Azərbaycanda kosmetika şirkəti “Gazelli Group” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Emin Quliyev Rahim oğlu şirkətin direktoru təyin edilib.

“Gazelli Group” MMC-nin direktoru dəyişdirilib

Buna qədər şirkətin direktoru Əhməd Əfəndiyev Mahmud oğlu idi.

E.Quliyev 9 ilə yaxın Polşada fəaliyətdə olan “HP Inc Poland”da çalışıb.

Xatırladaq ki, “Gazelli Group” MMC 2009-cu ildə yaradılıb, 44.924 mln. manat nizamnamə kapitalı var. Şirkətin təsisçisi Zərifə Həmzəyevadır. Z.Həmzəyeva hazırda ən iri bank səhmdarı olan xanımdır. O “Premium Bank” ASC-də ən iri səhmdardır.

İndiyə qədər direktoru olmuş şəxslər:

Məmmədov Elnur Fikrət oğlu (2009-2017)
Əliyev Fuad Eyyub oğlu (2017)
Həmzəyeva Zərifə Kamil qızı (2017-2021)
İsmayılova Nərmin Vəkil qızı (2021-2024 aprel)

Geri qayıt