Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəfər Gününə qədər şəhid ailələrin və qazilərin kredit borcları silinir?
Zəfər Gününə qədər şəhid ailələrin və qazilərin kredit borcları silinir?7-10-2024, 13:39 |
![]() Şəhid ailələri və qazilər üçün atılan addımlar cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanıb. Zəfər günü yaxınlaşır, bəs, sözügedən gündən öncə şəhid ailələri və qazilərin bank kreditlərinin bağlanması ilə bağlı addımlar atılacaqmı? Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, banklar sözügedən ailələrin kredit borclarının silinməsi üçün dövlətdən müəyyən güzəştlər gözləyir: "İlk növbədə onu qeyd edim ki, belə bir addım atılsa yaxşı olar. Təbii ki, şəhid ailələrinin və qazilərin kredit borclarının silinməsi ilə bağlı qərarlar hər zaman cəmiyyət tərəfindən çox yaxşı qarşılanıb. Zamanla da belə addımlar atılıb. Amma indi belə bir addımın atılacağı ilə bağlı hələki, heç müzakirə belə baş tutmayıb. Çünki müharibədən dərhal sonra ən azından şəhid ailələrinin kredit borclarının bağlanması ilə bağlı məlumatlar var, bütün banklar bu addımı atdılar. Sözügedən addım sonradan bəzi qazilərə də şamil olundu. İndi isə bu addımın atılmağı ilə bağlı hər hansı bir məlumat yoxdur, açığı olacağını da düşünmürəm. Çünki banklar belə addım atarkən dövlətdən müəyyən güzəştlər gözləyir. Yəni, güzəştlər olmalıdır ki, onlar kreditləri bağlaya bilsinlər. Bu səbəbdən də bununla bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olmalıdır. Hələki, belə bir qərar yoxdur. Amma Zəfər Gününə bir müddət vaxt var. Ümid edək ki, bu müddət ərzində bu müzakirələr baş tutsun və Nazirlər Kabinetinin verdiyi güzəştlər hesabına banklar da belə bir xoşməramlı addım atsınlar". Geri qayıt |