Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır?

Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır?


6-10-2024, 07:40
Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır?
İran Prezidenti Məsud Pezeşkian Qətərə səfəri zamanı təyyarəyə minərkən həyatına sui-qəsd olunacağından ehtiyatlanıb. "Ümid edirəm ki, sağ qayıdacağıq", - deyə o bildirib.

Doğrudanmı, yeni prezidentin həyatına təhlükə var?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Fazil Mustafa bildirib ki, İran Prezidentinin sözləri hazırda bu ölkədə heç kimin təhlükəsizliyinə təminat olmadığını göstərir: "Bu da rejimin insanlar üçün yaratdığı reallıqdır. Çünki din adı altında qurulan bütün dövlətlərdə bu narahatlıq var. Eyni prosesi din adını spekulyasiya edən bütün ölkələr yaşayır.

Amma hər halda İranın sabiq Prezidentinin olduğu vertolyotun qəzaya uğraması da göstərdi ki, heç kimin həyatına zəmanət yoxdur.

Ümid edək ki, bu məsələdə hər hansı xoşagəlməz hadisə baş verməz. Çünki biz qonşu dövlətdə ancaq əmin-amanlıq görmək istəyirik. İran Prezidentinin də ayaqda qalmasını istəyirik, ondan münasibətlərin yaxşılaşdırılmasına xidmət edən addımlar gözləyirik.

Pezeşkian atdığı addımların hansı nəticələr verəcəyini gözləmədən belə bir ehtimalı düşünürsə, o, təkcə düşmən münasibətdə olan dövlətləri nəzərdə tutmur.

Ümumilikdə isə İranın sülh və əmin-amanlıq içində olması, müharibəyə qoşulmaması bizim maraqlarımıza tam uyğundur. Çünki qonşuda hansısa bir təhlükədə olanda onun yaxın ölkəyə sıçraması gözləniləndir".
Geri qayıt