Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi

Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi


Bu gün, 12:20
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi
VII Çağırış Milli Məclis ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarını, həmçinin beynəlxalq təşkilatların parlament assambleyasındakı nümayəndə heyətlərini təsdiq edib.

Gununsesi.info–nun məlumatınma görə, yalnız Avropa Şurasının Parlament Assambleyasına nümayəndə heyətinin üzvləri seçilməyib.

Azərbaycanın ATƏT PA, Türk PA, MDB PA, Asiya PA -da təmsilçilik üçün nümayəndə heyətləri və sədrləri müəyyənləşsə də lakin AŞ PA prosesdən kənarda saxlanılıb.

Buna səbəb isə Azərbaycanla Avropa Şurası arasındakı gərginlikdir.

Nümayəndə heyətimizin bu qurumdakı mandatının 1 illik dondurulmasında sonra Azərbaycandan Avropa Şurasına ağır ittihamlar səsləndirilib.

AŞ PA-nın bir neçə gün əvvəl işinə başlayan sessiyasında Azərbaycan növbəti dəfə insan haqlarının durumuna görə tənqid edilib.

Hökumət isə bu tənqidləri rədd edir və Avropa Şurasını bir sıra ölkələrin Azərbaycana qarşı təziyiq vasitəsi hesab edir.

Geri qayıt