Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ...

Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ...


Bu gün, 12:13
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ...
"60 nəfərdən ibarət amerikalı konqresmenin Dövlət katibi Blinkenə müraciəti son zamanlar Azərbaycana qarşı aparılan təzyiq kompaniyasının tərkib hissəsidir".

Bunu Sonxeber.az-a danışan deputat qeyd edib ki, Nəsib Məhəməliyev bildirb.

Deputat qeyd edib ki, bu müraciət bir daha göstərdi ki, qlobal güclər üçün beynəlxalq hüquq, haqq-ədalət prinsipləri, demokratiya sadəcə deklarativ xarakter daşıyır:

"Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil. Bu baxımdan erməni məsələsi beynəlxalq gündəlikdən çıxarıla bilməz. Məsələnin kökü 19-cu əsrin ortalarına gedib çıxır. O zaman nə qondarma soyqırımı, nə də ki, ermənilərlə türklər arasında hansısa toqquşmalar baş verməmişdi. Ona görə də, məhz okeanın o tayında erməni kartı işə salındı və artıq 200 ilə yaxındır ki, Türkiyə və Azərbaycan əleyhinə istifadə olunur. Ermənistanda yaşayan daşnak xislətli millətçilər, diaspora təşkilatları, lobbiçilərin əlində "alət" rolunu oynayır. Biz xalq olaraq bunları bilməli və hər zaman belə təpkilərə hazır olmalıyıq.
Separatçıların liderlərinin hər biri, Haaqa və Cenevrə konvensiyalarına uyğun olaraq, konkret müharibə cinayətləri törətməkdə ittiham olunur. Onlar, hansısa satılmış siyasətçilərin təzyiqləri altında azad oluna bilməzlər. Məhkəmə olmadan, ağır cinayətlər törətmiş, cəbhə xəttindən 100 km-lə uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulmasına əmr verən şəxslərin buraxılması, hüquqa təhqirdir. Hesab edirəm ki, məhkəmə prosesi açıq şəkildə keçirilməlidir. Bəlkə əli uşaqların, qadınların qanına bulaşanlara himayədarlıq edənlərin vicdanı az da olsa ağrıyar".

Geri qayıt