Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “AzSığorta”nın İdarə Heyətinə təyinat olub

“AzSığorta”nın İdarə Heyətinə təyinat olub


Bu gün, 16:38
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub
“AzSığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Fərid Mübariz oğlu Qarayev İdarə Heyətinin müvəqqəti üzvü seçilib.

Fərid Qarayev 2021-ci ildən sığorta şirkətinin Maliyyə direktoru vəzifəsinə təyin edilmişdi. O, Beynəlxalq İqtisadi Münasibətlər üzrə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pillələrini fərqlənmə ilə bitirib. O, 2012-ci ildən “AzSığorta”da çalışır.

Xatırladaq ki, “AzSığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Geri qayıt