Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır?

Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır?


Bu gün, 00:47
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır?
Bakı Beynəlxalq Avtovağzal Kompleksi fəaliyyət göstərdiyi halda paytaxtın "20 Yanvar" metrostansiyasının qarşısında, "Şamaxı yolu" və "Salyan yolu" adlanan ərazilərdən rayonlara qanunsuz sərnişin daşınır. Bu cür daşınmaların qarşısını almaq üçün hansı işlər görülməlidir və proses necə tənzimlənməlidir?

Mövzu ilə bağlı TNS-ə nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov danışıb.
Ekspertin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı son iki ildə çox məhsuldar işləyir: “Bakı Beynəlxalq Avtovağzalında əvvəlki xaos və özbaşınalıq yoxur. Fərdi avtomobillər, taksilər və ziyarətçilər üçün ayrıca parklanma yerləri ayrılıb.

Avtovağzalda ilk növbədə bu cür ciddi nizam-intizama ehtiyac var idi və buna da nail olunub. Digər tərəfdən işə daha çox peşəkar sürücülər, şəhərlərarası marşrutlara yeni avtobuslar cəlb olunub. Qrafik daha intensiv olub. Onu da vurğulayım ki, qiymətlərdə dəyişiklik olmasına baxmayaraq bu gün avtobuslarla səfər etmək daha sərfəlidir.

Bütün tənzimləmələrə baxmayaraq, təəssüf ki, yenə də bəzi qanunsuz, qeyri-rəsmi sərnişin daşınması həyata keçirən vətəndaşlarımız var. Düzdür, onların bir qismi qanuni fəaliyyət göstərir, icazəsi var. Bu, normaldır. Lakin onlar da yalnız icazə verilən yerdən sərnişinləri götürüb endirməli olduqlarını bilməlidir. İcazə verilməyən yerlərdən sərnişin götürən, bölgələrə səfər edən maşınların qeyri-qanuni fəaliyyət göstərdiyi məlumdur”.

Eldəniz Cəfərov bildirib ki, həmin şəxslər işlərini leqallaşdırıb rahat şəkildə işləsələr, yaxşı olar.

Ekspert onu da vurğulayıb ki, həmin ərazilərə nəzarəti Dövlət Yol Polisi müvafiq qurumlarla birgə həyata keçirir.
Geri qayıt