Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...”

Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...”


Bu gün, 16:36
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...”
“Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrut rolunu oynayacaq”.

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat” mövzusunda dəyirmi masada deyib.

O vurğulayıb ki, Azərbaycan strateji infrastruktura sərmayə qoymaqla yerləşdiyi nəqliyyat marşrutlarının transformasiyasında mühüm addımlar atır:

“Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyünü bərpa etdikdən sonra Zəngəzur dəhlizinin açılması ilə Avrasiya logistikasında əsas oyunçuya çevrilmək öhdəliyimizi daha da gücləndirir.

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2019-2023-cü illərdə 5,7 milyon tondan 13,4 milyon tona yüksəlib”.

Beləliklə, Zəngəzur dəhlizinin əhəmiyyəti növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu dəhlizin təkcə region üçün deyil, həm də dünya üçün çox ciddi dvidentlər qazandıracağı hamıya məlumdur.

İqtisadçı-alim Fuad İbrahimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, dünya iqtisadiyyatının parametrlərində böyük dəyişikliklər baş verir:

“Bu gün həm Şərq-Qərb, həm də Şimal-Cənub arasında gedən katakilzmlər, əsasən da müharibələr, münaqişələr, eləcə də qarşılıqlı sanksiyalar bütün ölkələri iflic vəziyyətinə salır.

Hazırda Çin dünya bazarının əmtəə bazası kimi qəbul olunur. Yəni əksər əmtəələr bu ölkədən demək olar ki, dünyanın bütün istiqamətlərinə hərəkətlənir. Lakin Rusiya-Ukrayna müharibəsi nəticəsində Şimaldan Qərblə Şərqin perimetr boyu sərhədlərləri bağlıdır.

Cənubdan da ən optimal su yolu hesab olunan Yaxın Şərqdən Süveyş kanalından keçən hissəsində münaqişə nəticəsində böyük problemlər yaşanır. Bu gün yeganə sağlam dəhliz olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirir. Ona görə də artıq yeni açılacaq Zəngəzur dəhlizinə ciddi ehtiyac var”.

Mütəxəssis diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması təkcə region üçün deyil, bütün bəşəriyyət üçün lazımdır:

“Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün çox vacibdir. Dünya iqtisadiyyatının davamlı şəkildə inkişaf etməsi üçün də Zəngəzur dəhlizi açılmalıdır.

Üstəlik, burada kimin iqtisadiyyatının inkişaf etməsinin fərqi yoxdur. Kimin ərazisindən tranzitlə məhsul keçsə, onun da, mal satanın da, alanın da qazancı olu. Ona görə də hamı bu işdə maraqlıdır.

Məhz Ermənistanın özünün gələcək varlığı da bu dəhlizdən asılıdır. Əgər Zəngəzur dəhlizi olmasa, Ermənistan iqtisadiyyatı tənəzzül içində olduğu üçün məhv olub gedəcək.

Ümumiyyətlə, Zəngəzur dəhlizi həm bölgə, həm dünya iqtisadiyyatı, həm də ticarət dövriyyəsi üçün lazımdır. Eyni zamanda, sözügedən yolun açılması regionların inkişafı üçün də labüddür”.

Geri qayıt