Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdıBu gün, 09:49 |
Türkiyə turizminin xaricdəki təmsilçilərindən Halil Duru Azərbaycanda yeni hotel şirkəti təsis edib. Banker.az-ın əldə etdiyi məlumata görə, onun təsis etdiyi şirkət “Duru Hospitality Management” MMC-dir. Şirkət nizamnamə kapitalı 100 000 manat olmaqla Bakı şəhəri Yasamal rayonu, Həmidağa Hüseynzadə, ev giriş 34, m. 16, 2 ünvanında qeydiyyatdadır. Türkiyə mətbuatında iyul üzrə yayılan məlumatlarda Halil Durunun 5 ildən sonra “Qafqaz City Hotel Baku”nun Azərbaycandakı koordinatoru vəzifəsində çalışmağa başlaması bildirilmişdi. Azərbaycanın ilk yerli hotellər şəbəkəsi olan Qafqaz hotellərinin yaradıcısı Halil Duru 11 il çalışdığı şirkət daxilində 9 hotel açaraq “Qafqaz City Hotel Baku”nun idarəedicisi olub. Geri qayıt |