Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”

Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”


Bu gün, 09:11
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”
“Hələ artsax blokadasının son dövründə Samvel Babayan açıq şəkildə etiraf etmişdi ki, o, Azərbaycan tərəfi ilə danışıqlar aparıb, onlar artsaxı Azərbaycan mandatı altında saxlamağın mümkün olması üçün prinsiplər paketi mübadiləsi aparıblar. Bu yaxınlarda onu artsaxın bəzi dairələro "divara söykəyiblər", görəsən azərbaycanlılarla necə əlaqə saxlayıb, necə danışıq aparıb, axı bir qayda olaraq, azərbaycanlılar təsadüfi adamları qəbul etmirlər. Babayan onunla bəzi azərbaycanlı məmurlar arasında vasitəçilik edən şəxsin adını verib. Onun sözlərinə görə, həmin adam lazımi sənədləri Qırmızı bazar qəsəbəsindəki Azərbaycan keçid məntəqəsinə aparıb, təhvil verib, sonra isə onlardan lazımi sənədləri alıb gətirib”.

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.

Məlumatda bildirilir ki, söhbət o vaxt Qarabağda yaşamış Razmik Aqasyan adlı bir ermənidən gedir. Onun haqqında çox şey məlum deyil. Lakin erməni nəşrinin yazdığına görə, R.Aqasyanın azərbaycanlılarla uzun müddət əlaqə saxladığına şübhə yoxdur, əks halda ona etibar etməzdilər. Belə çıxır ki, Ermənistan hakimiyyəti bir vaxtlar guya rəsmi Bakı tərəfinsdən “Xankəndinin komendantı” təyin edilmiş "Sarkis Qalstyanı casusluq ittihamı ilə təqib edir, lakin onlar başqa bir şəxsə, Samvel Babayanın vasitəçisi Razmik Aqasyana göz yumur".

“Yeri gəlmişkən, deyirlər ki, rus sülhməramlıları Razmik Ağasyanı növbəti danışıqlar zamanı tutublar və artsaxın o vaxtkı prezidenti Arayik Arutyunyanla sərt danışıblar ki, siz bizim arxamızda azərbaycanlılarla təkbətək danışıqlar aparır, eyni zamanda bizdən təhlükəsizlik tələb edirsiniz”, - erməni nəşri davamında belə yazır.

Geri qayıt