Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanın gözləntisi böyükdür

İrəvanın gözləntisi böyükdür


Bu gün, 08:14
İrəvanın gözləntisi böyükdür
“Ermənistan ABŞ-nin Cənub Qafqaz siyasətinin bir hissəsidir. Ona görə, Bu dövlətin Ermənistanla bağı planları dəyişməzdir”.

Bunu TNS-ə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Ermənistan ABŞ-də keçiriləcək prezident seçkilərinə böyük ümid bəsləyir: “Rəsmi İrəvan ümid edir ki, seçkidə qalib gələn namizədin fəaliyyət planında erməni məsələsi ön sıralarda yer alacaq.

Ermənistan üçün seçkilərdə Donald Tramp və ya Kamala Harrisin qalib gəlməsinin elə bir fərqi yoxdur. Çünki kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-nin xarici siyasəti dəyişməyəcək.

ABŞ Ermənistanla münasibətlərin inkişafından daha çox, Rusiyanın Cənubi Qafqaza təsirinin zəifləməsində maraqlıdır. Çünki keçmiş sovet məkanında Rusiyanı rəqib görür.

Ermənistanın isə əsas gözləntisi ABŞ-nin Brüssel görüşündə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Bu öhdəliklər Ermənistan, ABŞ, Avropa İttifaqı arasında anlaşmadır. Sənəddə hərbi, iqtisadi yardım və digər məsələlər yer alıb”.

Siyasi şərhçi hesab edir ki, Emənistanla ABŞ perspektivdə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Geri qayıt